Press "Enter" to skip to content

6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilk 6 ayı (yanvar-iyun) ərzində ümumilikdə 12 milyon 393 min 131 müraciət qeydə alınıb. Bunlardan 260 min 661-i stasionar, 12 milyon 132 min 470-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciət sayı 4 faiz artıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, yanvar-iyun aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub: “Belə ki, sözügedən müddət ərzində 44 milyon 174 min 73 (5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı ötən illə müqayisədə 13 faiz artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk 6 ay ərzində 18 milyon 722 min 731 sayda laborator müayinələr aparılıb ki, onların da 2 milyon 843 min 708-i stasionar, 15 milyon 879 min 23-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 faiz artım qeydə alınıb. Eyni zamanda yanvar-iyun ayları ərzində 181 352 cərrahi əməliyyat və prosedur (169 138 stasionar, 12 214 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən illə müqayisədə 1 faiz azalıb”.

Mission News Theme by Compete Themes.