Press "Enter" to skip to content

BDYPİ-dən isti hava şəraiti ilə bağlı sürücülərə müraciət

BDYPİ-dən isti hava şəraiti ilə bağlı sürücülərə müraciət

BAYRAQDAR MEDİA – Hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məlumdur ki, isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez biruzə verir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “BDYPİ belə halların sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırıb”.

Mission News Theme by Compete Themes.