Press "Enter" to skip to content

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Azərbaycandakı  səfiri Lu Mey ilə görüş keçirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə qarşılıqlı səfərlərin,işgüzar tədbirlərin, imzalanan mühüm sənədlərin Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb. Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı önəmli rolundan bəhs olunub. Nəqliyyat-tranzit, sənaye, istehsalın lokallaşdırılması, tikinti, ticarət, xidmət sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb”.

Məlumata görə, görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verilib, sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması kimi məsələlər nəzərdən keçirilib. Tərəflər ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini vurğulayıblar.

Mission News Theme by Compete Themes.