Press "Enter" to skip to content

Doqquz il öncə sərgilənən mücadilə

Tədbir zamanı

Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi iyulun 15-də qardaş Türkiyədə FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdinin 9-cı ili tamam olur. Düz 9 il əvvəl olduğu kimi bu gün də bütün Türkiyə bir yumruq olub meydanlara çıxaraq, ay-ulduzlu bayrağın altında bir daha terrora və terroçulara lənət oxuyur.

Məlumat üçün bildirək ki, 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür (15 Temmuz Demokrasi ve Millî Birlik Günü). Onu da qeyd edək ki, bu il 15 iyul tədbirlərinin əsas şüarı kimi “Zaferin adı Türkiye” seçilib. Bu münasibətlə Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyini Nuru Paşa salonunda tədbir keçirilib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin nümayəndələri, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Tədbir 15 İyul şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Birol Akgün 15 lyil xain çevriliş cəhdi barədə məlumat verib. Səfir həmin gün Türkiyə Cümhuriyyəti vətəndaşlarının FETÖ terror təşkilatına qarşı bir yumruq kimi birləşdiyini deyib.

Diplomat FETÖ terror təşkilatına qarşı bu gün də əzmlə mübarizə aparıldığını bildirib.

Çıxışında həmin günlərdə Azərnbaycanın da dəstəyindən söz açan diplomat, çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb.

Tədbirdə xarici işlər nazirinin müavini Samir Şərifov və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Əhliman Əmiraslanov çıxış ediblər. Çıxışlarda Əhliman Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin çox böyük uğurla inkişafından bəhs edilib.

Çıxşların ardından 15 iyul 2016-cı il mübarizəsini əks etdirən videomaterial təqdim olunub, həmçinin Marrif Okulları şagirdləri tərəfindən “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ifa edilib.

Sonda şəhidlərin ruhuna dualar oxunub.

Mission News Theme by Compete Themes.