Press "Enter" to skip to content

“Hədəf” beynəlxalq əlaqələrini genişləndirir

Ersin Tatarla görüş zamanı

BAYRAQDAR MEDİA – Hədəf Şirkətlər Qrupunun nümayəndə heyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) işgüzar səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Məlumata görə, nümayəndə heyəti qurumun baş direktoru Şəmil Sadiqin başçılığı ilə mühüm görüşlər keçirib: “Səfər çərçivəsində nümyandə heyətini KKTC Prezidenti Ersin Tatar, təhsil naziri Nazim Çavuşoğlu və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç xüsusi qonaq qismində qəbul ediblər. Görüşlərdə təhsil sahəsindəki Azərbaycan – Kuzey Kıbrıs əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı tələbə-müəllim mübadiləsi mövzularında ətraflı fikir mübadiləsi aparılıb”.

Şəmil Sadiq KKTC-nin milli təhsl naziri Nazım Çavuşoğluna xatirə hədiyyəsi təqdim edərkən
Şəmil Sadiq KKTC-nin milli təhsl naziri Nazım Çavuşoğluna xatirə hədiyyəsi təqdim edərkən

Məlumata əsasən, Şəmil Sadiq plaket, xatirə hədiyyələri təqdim edib və bu əməkdaşlıq məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin KKTC-yə olan səmimi münasibətindən ilhamlandığını vurğulayıb: “O, reytinq siyahılarında qabaqcıl yer tutan Kuzey Kıbrıs universitetlərinin Azərbaycanın “Xaricdə Təhsil” proqramına daxil edilməsinin gənclərə yeni fürsətlər yaradacağını və Kiprdə dövlət hesabına təhsilin mümkünlüyünün vacibliyini xüsusi qeyd vurğulayıb. “Könlümüzü sevgi ilə dolu gətirmişdik, göstərilən hörmət və isti münasibətlə doldurub geri dönürük”, – Şəmil Sadiq sonda qeyd edib”.

Şəmil Sadiq Doğu Akdeniz Universitetinin Məzun Gününə qatılıb və məzunlara diplomlarını təqdim edib.
Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu Doğu Akdeniz Universitetinin Azərbaycandakı rəsmi təmsilçisidir.

Mission News Theme by Compete Themes.