BAYRAQDAR MEDİA – Kars vilayətinin Selim rayonunun kaymakamı Mehmet Ali Semiz qəsəbə və kənd bələdiyyə nümayəndələri ilə görüşərək onların problemlərini və tələblərini dinləyib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Kaymakamlıkdan təşkil olunan tədbirdə rayonun ümumi vəziyyəti, əhalinin ehtiyacları və yerli idarəetmə ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirin açılış nitqində çıxış edən icra başçısı Semiz bələdiyyə nümayəndələri ilə güclü ünsiyyət və koordinasiya şəraitində işləmək istədiklərini vurğulayıb. O, deyib ki, bu görüş, problemlərin birgə həlli istiqamətində yeni bir başlanğıcdır”.





