Press "Enter" to skip to content

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib – VİDEO

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 1956-cı il təvəllüdlü vətəndaşı xilas edərək ailə üzvlərinə təhvil veriblər”.

Mission News Theme by Compete Themes.