Press "Enter" to skip to content

Səfirdən Azərbaycanla bağlı açıqlama

Prof.Dr. Birol Akgün

Prof. Dr. Birol Akgün: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq

BAYRAQDAR MEDİA – “Bu gün tarixi gündür. 15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün söyləyib.

Səfirlikdə 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində çıxış edən səfir
15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladaraq deyib: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Bu böyük mübarizəni gələcək nəsillərə ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına türk millətinin birlik və bərabərliyindən imtina etməyəcəklərini qəti şəkildə bir daha ortaya qoydular”.

Səfir həmçinin “tarixən azad yaşayan millətin nümayəndələri kimi sahib olduğumuz dəyərlərə bağlılığımızı bütün dünyaya göstərdik” deyib.

Mission News Theme by Compete Themes.