BAYRAQDAR MEDİA – İyulun 15-də qardaş Türkiyədə FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdinin 9-cı ili tamam olur. Düz 9 il əvvəl olduğu kimi bu gün də bütün Türkiyə bir yumruq olub meydanlara çıxacaq, ay-ulduzlu bayrağın altında bir daha terrora və terroçulara lənət oxuyacaq.
Məlumat üçün bildirək ki, 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür (15 Temmuz Demokrasi ve Millî Birlik Günü).
Qeyd edək ki, bu il 15 iyul tədbirlərinin əsas şüarı kimi “Zaferin adı Türkiye” seçilib. Yəni, bu gün 15 iyul dövlət çevrilişinin 9-cı ildönümü ilə bağlı həm Türkiyənin daxilində, həm da xarici ölkələrdə bütün tədbirlər “Zaferin adı Türkiye” şüarı ilə keçiriləcək.
Bu münasibətlə qardaş ölkənin Azərbaycandakı səfirliyində də tədbir keçiriləcək.





