Press "Enter" to skip to content

Avtomobildə yanğın – VİDEO

Avtomobildə yanğın

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb”.

Yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin salon və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Mission News Theme by Compete Themes.