Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib.

Bu barədə nazirlikdən məlumatn verilib.

Bildirilib ki, “onlardan 4,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 44-ü mühərrikli təkərli oturacaq), 1,3 mini aşağı və yuxarı ətraf protezi, 3,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 5,1 min cüt protez və ortopedik ayaqqabı, 346 eşitmə aparatı, 285 korset və s. reabilitasiya vasitələri təqdim olunub”.

Məlumata görə, 2025-ci ilin 6 ayında əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Mission News Theme by Compete Themes.