BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 16–17 iyul 2025 tarixlərində ABŞ-ın Nyu-York şəhərində görüş keçiriləcək. Grüş ərəfəsində isə KKTC Cumhurbaşqanı Ersin Tatar mətbuata açıqlama verib.
KKTC Cumhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, E.Tatar “Kıbrısla bağlı danışıqlar prosesinə keçmək üçün Kıbrıs türklərinin birbaşa uçuşlar, bilavasitə təmaslar və ticarət hüquqlarını tanımaq lazımdır. Bu, Lefkoşanın müzakirə mövzusu olmayan məcburi şərtiləridir” deyib.
E.Tatarın sözlərinə görə, Kıbrısın rum icmasının səyləri adada gərginliyi artırmağa yönəlib ki, bu da dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir. “Biz iki müstəqil dövlət formatında əməkdaşlığa hazırıq. Kıbrısın heç bir federal quruluşundan söhbət gedə bilməz”.





