BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan, 16–17 iyul 2025 tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Kıbrıs mövzusunda genişləndirilmiş qeyri-rəsmi görüşdə iştirak edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, görüşdə BMT baş katibi Antonio Quterreş, KKTC Cumhurbaşqanı Ersin Tatar, Güney Kıbrıs lideri Nikos Xristodulidis, Yunanıstanın XİN rəhbəri Yorqo Gerapetritis və Britaniyanın Avropa və Xarici Ərazilər üzrə dövlət naziri Stefan Doughty də iştirak edəcək: “Nazir Fidan görüşdə Kıbrıs adasında türk və rum icmaları arasında əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək məqsədilə müzakirələr aparacaq”.
Məlumatda deyilir ki, əvvəlki – 17–18 mart 2025 tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə ortaq nəticəyə gəlinməmişdi.





