BAYRAQDAR MEDİA – İyulun 16-da Vyetnamın Hanoy şəhərində Azərbaycan-Vyetnam BirgəBiznes Şurasının birinci iclası və Azərbaycan-Vyetnam Biznes Forumu, iyulun 17-də isə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirlər zamanıiki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması,iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsinəzərdə tutulur. Qeyd edək ki, Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir”.





