BAYRAQDAR MEDİA – Türkiyənin aviasiya mühərrikləri sahəsində lider şirkəti TUSAŞ Motor Sənaye AŞ-nin (TEI) təşkilatçılığı ilə TEKNOFEST 2025 çərçivəsində keçirilən Jet Mühərriki Dizayn Müsabiqəsinin final təqdimatları TEI-nin Eskişehir kampusunda olub.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, bu il “Yanma Kamerasının Dizaynı” və “Mühərrik İdarəetmə Blokunun Dizaynı” adlı iki kateqoriyada keçirilən müsabiqəyə gənc mühəndis namizədləri böyük maraq göstərib: “352 komandanın iştirak etdiyi yarışmanın final mərhələsi 7–9 iyul tarixlərində keçirilib. Təqdimatlarla yanaşı, TEI İnsan Resursları rəhbərləri iştirakçılarla karyera planlaşdırılması və işə qəbul prosesi barədə məlumatlandırıcı görüşlər təşkil ediblər. Son gün TEI-nin baş direktoru professor Mahmut F. Akşit finalist komandalarla görüşərək təcrübələrini bölüşüb”.
Qaliblər 17–21 sentyabr 2025 tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST 2025-də mükafatlandırılacaqlar.





