Press "Enter" to skip to content

“Terrorçusuz Türkiyə” videosu böyük maraq gördü – VİDEO

Tədbir zamanı

BAYRAQDAR MEDİA – AK Parti Iğdır İl başqanı Ali Kemal Ayaz və komandasının hazırladığı “Terrorçusuz Türkiyə” adlı video ictimaiyyətdə böyük rəğbət qazanıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, videoda Türkiyənin terrora qarşı mübarizəsi və əldə olunan sabitlik emosional və təsirli şəkildə təqdim olunur: “Göz yaşları ilə qorunan bu torpaqlarda artıq ümid cücərir. Terrorun qaranlığı yerini qardaşlığın işığına verir. Birliyimiz, inancımız və qərarlılığımızla Ay ulduzlu bayrağımız hər evdə qürurla dalğalanır.”

Video belə yekunlaşır:“Bu sabitlik şəhidlərimizin əmanətidir, bu birlik isə ‘Türkiyə Yüzili’nin təməlidir.”
Video həm terrorla mübarizədəki uğurları, həm də xalqın birliyini ön plana çıxararaq geniş təqdir qazanıb.

Mission News Theme by Compete Themes.