BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri” 16 iyulda Ağdamda davam edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “poeziya saatında Molla Pənah Vaqif və digər Qarabağ şairlərinin şeirləri səsləndirilib. Tanınmış yazarlar və şairlər səhnəyə çıxaraq poeziya ilə Ağdamın mədəni dirçəlişinə töhfə veriblər. Muğam axşamında isə Qarabağın zəngin musiqisi dinləyicilərə duyğulu anlar yaşadıb”.
Qeyd edək ki, tədbir Ağdamın mədəni həyatının bərpasında növbəti önəmli addım olub.





