Press "Enter" to skip to content

“Vaqif Poeziya Günləri” Qazaxda başlayıb

"Vaqif Poeziya Günləri" Qazaxda başlayıb

BAYRAQDAR MEDİA – 14 iyul 2025-ci il tarixində Qazaxda ölkənin ənənəvi ədəbi bayramlarından biri – “Vaqif Poeziya Günləri” başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Poeziya bayramı bu il görkəmli Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş konfransla açılıb. Konfransda çıxış edən rəsmilər və ziyalılar Y.Səmədoğlunun ədəbi irsindən danışaraq onun Azərbaycan mədəniyyətindəki mühüm rolunu vurğulayıb”.

Daha sonra xəbərdə, “günün ikinci yarısında isə Qazaxın Mütəfəkkirlər Parkında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidovun nitqi ilə tədbirin rəsmi açılışı keçirilib. Onlar, eyni zamanda, bu il Azərbaycanın müzəffər zəfərinin 5 illiyinin qeyd olunduğunu xatırladaraq poeziya bayramının belə bir əlamətdar tarixlə üst-üstə düşməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıblar. Açılış nitqlərindən sonra səhnədə Səməd Vurğunun “Vaqif” pyesi nümayiş olunub. Tamaşa izləyicilərə duyğusal anlar yaşatdı və poeziyanın bənzərsiz təsir gücünü bir daha sübut edib”.

Axşam saatlarında təşkil olunan bədii proqram və konsert isə poeziya bayramına rəngarənglik qataraq, iştirakçılar üçün unudulmaz bir günə çevrilib.

Mission News Theme by Compete Themes.