BAYRAQDAR MEDİA – Yurtdışı Türklər və Qohum Xalqlar İdarəsində (YTB) vəzifə təhvil-təslim mərasimi keçirilib. YTB sədri vəzifəsini icra edən və artıq TİKA-ya rəhbərlik edən Abdullah Eren səlahiyyətlərini YTB sədr müavini Abdulhadi Turusa təhvil verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, 27 oktyabr 2018-dən bu vəzifədə olan A.Eren 14 iyul 2025-də sosial şəbəkədə vida mesajı yayımlayıb. Mesajda deyilir:“Bu gün YTB-də son günümdür… 7 il ərzində xaricdəki vətəndaşlarımız və könül coğrafiyamızdakı qardaşlarımızla birlikdə olmaq mənim üçün böyük şərəf idi… YTB-nin gələcəkdə daha da uğur qazanacağına ürəkdən inanıram. Veda etsəm də, bu diaspor qurumuna mənim könül bağım daim qalacaq.”





