Press "Enter" to skip to content

ADA dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır

ADA dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır

BAYRAQDAR MEDİA – ADA Universitetində 17 iyul 2025-ci il tarixində dövlət sifarişi əsasında maliyyələşən yerlər haqqında məlumat sessiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə universitetin rəhbərliyi, müəllim heyəti, abituriyentlər və onların valideynləri iştirak ediblər. Tədbirin məqsədi 2025–2026-cı tədris ili üçün dövlət sifarişi əsasında maliyyələşən yeni təhsil imkanlarını ictimaiyyətə təqdim etmək olub. Tələbələr Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ayrılmış yerlərə qəbul olunacaqlar. Həmin tələbələr təhsil müddəti boyunca təhsil haqqından tam azad olunacaq və akademik göstəricilərinə uyğun olaraq aylıq təqaüd alacaqlar. Bu qərar ölkədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və ali təhsilin maliyyə baxımından daha əlçatan olmasına yönəlmiş strateji addım kimi qiymətləndirilir”.

Daha sonra xəbərdə, “tədbirdə çıxış edən ADA Universitetinin rektoru, Hafiz Paşayev qeyd edib ki, bu təşəbbüs ali təhsilin keyfiyyətinə, gənclərin potensialının reallaşdırılmasına və ölkənin insan kapitalının inkişafına mühüm töhfə verəcək: “Yeni tədris ilindən etibarən ADA Universitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetin yaranmasından bəri əsas missiyamız Azərbaycanda xaricdə verilən təhsil səviyyəsindən də yüksək bir ali məktəb qurmaq olub”” deyə qeyd olunur.

Xəbərdə eləcə də deyilir ki, “tədbirdə həmçinin ADA Universitetinin İqtisadiyyat ixtisasının məzunu Aydan Məmmədzadə və Riyaziyyat ixtisasının tələbəsi Ömər Əsgərzadə də çıxış edərək universitetdə qazandıqları təhsil təcrübələrini və uğur hekayələrini bölüşüblər. Dövlət sifarişli yerlər ilkin mərhələdə müəyyən ixtisasları əhatə etsə də, gələcək illərdə bu imkanların daha çox akademik proqramlara şamil olunması planlaşdırılır. Bu isə daha geniş tələbə kütləsinin dövlət dəstəyindən yararlanmasına imkan yaradacaq”.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə ADA Universitetində dövlət sifarişi əsasında tələbə qəbulu nəzərdə tutulan ixtisaslar aşağıdakılardır:

I Qrup:
• Kompüter elmləri – 30 yer
• Kompüter mühəndisliyi – 30 yer
• Riyaziyyat – 30 yer
• İnformasiya texnologiyaları – 30 yer

II Qrup:
• Maliyyə – 30 yer
• İqtisadiyyat – 30 yer

Mission News Theme by Compete Themes.