BAYRAQDAR MEDİA – Türkiyə Cühburbaşqanının fərmanı ilə Anadolu Universitetinin Açıq Təhsil Sistemi çərçivəsindəki İqtisadiyyat və Biznes fakültələri “Açıq Təhsil Fakültəsi” adı altında birləşdirilib.
Bu barədə sakaryagazetesi.com.tr məlumat yayıb.
Məlumata görə, bu dəyişiklik yalnız idarəetmə ilə bağlıdır:“Mövcud proqramlar və diplom adları dəyişməyəcək. Universitet rəhbərliyi bu dəyişikliklə sistemin davamlılığını, səmərəliliyini və rəqəmsal dəstəyi gücləndirməyi hədəfləyir”.





