Press "Enter" to skip to content

BDYPİ-dən xəbərdarlıq: İsti hava avtomobildə yanğın ehtimalını artırır!

BDYPİ-dən xəbərdarlıq: İsti hava avtomobildə yanğın ehtimalını artırır!

BAYRAQDAR MEDİA – Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır”.

Sonra xəbərdə, “BDYPİ son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.