Press "Enter" to skip to content

Bolqarıstan və Xorvatiya bölgədə sabitlik üçün səy göstərir

Səfər zamanı

BAYRAQDAR MEDİA – Xorvatiyaya rəsmi səfər edən Bolqarıstan prezidenti Rumen Radev həmkarı Zoran Milanoviçlə görüşüb.

Radio Bolqarıstan xəbər verir ki, görüşdən sonra verdiyi açıqlamada R.Radev hər iki ölkənin bölgədə sabitliyin və təhlükəsizliyin təminatçısı olduğunu bildirib: “Z.Milanoviç isə Bolqarıstan-Xorvatiya münasibətlərinin çox yaxşı olduğunu və gələcəkdə də problem gözləmədiklərini deyib. 2024-cü ildə ticarət dövriyyəsinin 50 faiz artdığı qeyd edilib”.

Məlumata görə, səfərin ikinci günündə R.Radev Vukovarda II Dünya Müharibəsində şəhid olmuş 1 027 bolqar əsgərinin məzarını ziyarət edib.

Mission News Theme by Compete Themes.