Press "Enter" to skip to content

“Gənc istedadlar” liseyinin şagirdləri qızıl və gümüş nişana layiq görülüb

“Gənc istedadlar” liseyinin şagirdləri qızıl və gümüş nişana layiq görülüb

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “liseyin şagirdləri Ərhun Abdullazadə, Bəxtiyar Əmiraslanov, Ağahüseyn Hüseynov, İlyas Muxtarov, Nihad Həşimov, Nəzrin Cəlilova qızıl, Fuad Hüseynov isə gümüş nişanla təltif olunublar. Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq”.

Mission News Theme by Compete Themes.