BAYRAQDAR MEDİA – 2025-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 milyon manat, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib. Cari ilin 6 ayında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.





