Press "Enter" to skip to content

SN-də Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş

SN-də Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı Azərbaycanda 4 tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Nazir qeyd edib ki, bu vaksinlərdən biri də “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Görüşdə bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer-BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib. T.Musayev həmçinin, ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də səhiyyə nazirliyinin hazır olduğunu bildirib”.

Ardınca xəbərdə deyiıir ki, “görüşdə D.Kozenkov qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələr sırasında olub. Belə ki, Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri aradan qaldırmaq üçün operativ və uğurlu tədbirlər həyata keçirib”.

Görüşdə SN ilə Pfizer şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Mission News Theme by Compete Themes.