Press "Enter" to skip to content

Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

BAYRAQDAR MEDİA – Bakıda 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025: dəhlizlər, yüklər, infrastruktur” konfrans və sərgisi keçiriləcək.

Bu barədə Azərbaycan Beynəlxalq Daşımalar Assosiasiyası (ABADA) məlumat yayıb.

Məlumatda deyilir ki, RDL Group şirkəti tərəfindən təşkil olunan tədbir 9-11 sentyabr tarixlərində Bakıda reallaşacaq və regional, eləcə də beynəlxalq logistika liderləri üçün əsas görüş nöqtəsinə çevriləcək: “Forum hər il 25-dən çox ölkədən 250-dək nümayəndəni bir araya gətirir. Bu il ilk dəfə olaraq, RDL Group tədbirdə iştirakın daha səmərəli və nəticəyönlü olmasını təmin etmək məqsədilə rəsmi proqramın bir hissəsi kimi əvvəlcədən planlaşdırılmış B2B uyğunlaşma görüşlərini təqdim edəcək”.

Mission News Theme by Compete Themes.