Press "Enter" to skip to content

BVF-dən Özbəkistan üçün müsbət qərar

Özbəkistan bayrağı

BAYRAQDAR MEDİA– Beynəlxalq Valyuta Fondu (BVF) 15 iyul 2025-ci il tarixli hesabatında Özbəkistanda həyata keçirilən iqtisadi islahatların bir sıra müsbət nəticələr verdiyini bildirib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “BVF eyni zamanda Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üçün əlavə islahatlara ehtiyac olduğunu qeyd edib. 2016-cı ildə Şavkat Mirziyoyevin prezident seçilməsindən sonra ölkədə illik ÜDM artımı 5,7 faiz, məşğulluq artımı isə 3,6 faiz olub”.

BVF bildirir ki, islahatlar daha çox sərmayə cəlb edilməsi, iqtisadi artım və yoxsulluğun azaldılması istiqamətində müsbət təsir göstərib: “2017-ci ildən bəri məzənnənin birləşdirilməsi, valyuta məhdudiyyətlərinin aradan qaldırılması və ticarətin liberallaşdırılması nəticəsində iqtisadiyyatda dönüş baş verib.2024-cü ildə yoxsulluq səviyyəsi 8,9 faizə, işsizlik isə 5,5 faizə düşüb. Lakin 24 yaşdan aşağı gənclər arasında işsizlik hələ də 11 faiz səviyyəsində yüksək olaraq qalır. BVF hökumətin iqtisadiyyata nəzarətini azaltmasının vacibliyini vurğulayaraq, özəl sektorun inkişafının əsas prioritet olmalı olduğunu bildirib”.

Mission News Theme by Compete Themes.