BAYRAQDAR MEDİA – Cümhuriyyət Xalq Partiyasında (CHP) qurultay prosesi başlayır. 14 iyul 2025-ci il tarixində keçirilən Mərkəzi İdarə Heyətinin toplantısında prosesə başlanılması qərara alınıb.
Bu barədə eskisehir.net saytı məlumat verib.
Məlumata görə, bu çərçivədə nümayəndə seçkiləri 13 avqustda, rayon konfransları 13 sentyabrda, vilayət konfransları isə 5 oktyabrda başlanacaq: “Əgər erkən seçki baş tutarsa, qurultay təqviminə ara veriləcək. Eskişehir vilayətində rayon qurultayları başa çatdıqdan sonra vilayət qurultayı keçiriləcək”.





