Press "Enter" to skip to content

Əməkdaşlıq imkanları müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi Pakistan Dəmir Yollarının sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, “görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca fərqli istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb, həmçinin, Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər.”

İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan-Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar Limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.