BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi (İTC) Başqanı Mehmet Seman Ağa, İraq təhlükəsizlik qüvvələrinin müxtəlif qurumlarında çalışan bütün türkmən zabitləri yeni rütbə artımı siyahılarının açıqlanması münasibətilə təbrik edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, M.S.Ağa təbrik mesajında belə deyib: “Türkmən zabitlərimizin İraqın təhlükəsizlik və sabitliyini qorumaq istiqamətindəki milli vəzifələri ilə fəxr edirik. Bu rütbə artımlarının onların xidmətlərini daha böyük əzmlə davam etdirmələri üçün motivasiya mənbəyi olmasını arzu edirəm.”
M.S.Ağa, türkmənlərin dövlət qurumlarındakı fəaliyyət və uğurlarının xalqın qüruru olduğunu vurğulayaraq əlavə edib:“Uca Allahdan bu rütbə artımlarının xeyirli olmasını və İraqın sədaqətli övladlarını hər cür bəladan qorumasını diləyirəm”.





