Odunpazarı bələdiyyəsinin nəzarətçiləri artıq elektrikli velosipedlə xidmət göstərəcək
BAYRAQDAR MEDİA – Odunpazarı Bələdiyyəsi şəhər içində nəzarətçi qruplarının daha sürətli və ekoloji müdaxilə edə bilməsi üçün 7 ədəd elektrikli velosipedi xidmətə verib.
Bu barədə anadolugazetesi.com saytı məlumat verib.
Bildirilib ki, “bu təşəbbüslə bələdiyyə həm karbon emissiyalarını azaltmağı, həm də əməliyyat səmərəliliyini artırmağı hədəfləyir. Xüsusilə avtomobil sıxlığının yüksək olduğu küçələrdə və dar yollarında elektrikli velosipedlər nəzarətçilərin hərəkət imkanlarını xeyli artıracaq. Yeni nəqliyyat vasitələri əsasən Odunpazarının Tarixi Bölgəsi daxil olmaqla bir çox ərazidə aktiv istifadə olunacaq”.
Məlumata görə, bu tətbiq sayəsində nəzarətçilər daha sürətli müdaxilə edə biləcək, eyni zamanda ekoloji və iqtisadi baxımdan faydalı bir həll təqdim ediləcək: “Odunpazarı Bələdiyyəsi şəhər həyatını asanlaşdıran və davamlılığı ön planda tutan müasir, vətəndaş yönümlü bələdiyyəçilik yanaşmasını davam etdirir”.





