BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Rektoru Prof. Dr. Yusuf Adıgüzel bildirib ki, Açıq Təhsil Sistemindəki İqtisadiyyat və İdarəetmə fakültələri ləğv edilərək təhsil Açıq Təhsil Fakültəsinin tərkibində davam edəcək.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, rektor bu qərarın Açıq Təhsil Sisteminin gücləndirilməsi məqsədilə verildiyini açıqlayıb: “O qeyd edib ki, əvvəllər üç ayrı fakültə – Açıq Təhsil, İqtisadiyyat və İdarəetmə mövcud idi, lakin bu strukturun texniki baxımdan səmərəli olmadığı düşünülərək bütün proqramlar Açıq Təhsil Fakültəsində birləşdirilib. Rektor əlavə edib ki, heç bir bölmə bağlanmayıb, sadəcə fakültə strukturları dəyişib və tələbələr bu dəyişiklikdən zərər görməyəcək”.
Məlumata görə, yeni qeydiyyatdan keçəcək tələbələr Açıq Təhsil Fakültəsinin diplomunu alacaqlar, hazırda təhsil alanlar isə əvvəlki fakültələrin adları ilə diplom alacaqlar.





