Press "Enter" to skip to content

SXA sədrinin Tovuzda vətəndaş qəbulu

SXA sədrinin Tovuzda vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Tovuzda keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbulda Tovuz və Ağstafa sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 15 müraciətçi fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat kimi məsələlərlə bağlı müraciətlərini bildirib. Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Qeyd edək ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.