Press "Enter" to skip to content

Böyük Türkiyə, güclü Kuzey Kıbrıs Türk Cümhuriyyəti

Okyay Sadıkoğlu

Okyay Sadıkoğlu: Yoxsulluq və çətinliklər içində var olma uğrunda mübarizə aparan Kıbrıs türk xalqını bir daha təbrik edirik

BAYRAQDAR MEDİA– İyulun 20-si Kıbrıs türk xalqının həyatında tartixi gündür. Düz 52 il əvvəl 1974-cü il iyulun 20-də Kıbrıs Barış Hərəkatı ilə adada türklərin rumlar və yunanlar tərəfindən kütləvi qətlinə son qoyuldu.

Bu arada Kuzey Kıbrıs Tanıtım Platformasının Başqanı Okyay Sadıkoğlu 52-ci ildönümü münasibətilə BAYRAQDAR MEDİA-ya açıqlama göndərib.

Açıqlamada deyulir: “Azadlığımızın 52-ci ildönümündə Rəbbimizə həmd olsun. Allah Türkiyəmizdən və TMT Mücahidlərimizdən razı olsun. Kıbrıs Türk xalqının haqlı davasında qəhrəmancasına milli mübarizə aparan, xalqımızın bu günləri görməsinə vəsilə olan başda şəhidlərimiz olmaqla, bütün qazilərimizi rəhmət və ehtiramla yad edirik”.

Açıqlamda daha sonra “yoxsulluq və çətinliklər içində var olma uğrunda mübarizə aparan Kıbrıs türk xalqını bir daha təbrik edirik. “Böyük Türkiyə, güclü Kuzey Kıbrıs Türk Cümhuriyyəti” şüarı ilə dünəndən daha gözəl, sabahdan isə daha parlaq bir ölkə idealı naminə 20 İyul Sülh və Azadlıq Bayramınızı təbrik edir, hörmət və ehtiramımı bildirirəm deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.