ADSEA jurralistlərin 150 illik yubiley bayramını belə təbrik etdi
BAYRAQDAR MEDİA – Bir neçə gündən sonra Azərbaycan daha bir tarixi qeyd edəcək. Azərbaycan Milli Mətbuatının yaranmasının 150-ci ildönümü qeyd ediləcək. Bu münasibətlə çeşidli tədbirlər keçirilir. Belə tədbirlərdə biri də iyulun 18-də reallaşdı.

Həsən bəy Zərdabidən başlanan əzəli yolun – Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ölkənin bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş təşkil etdi.
Görüşdə müxtəlif media orqanlarını təmsil edən jurnalistlər bir araya gəldi. ADSEA-nın rəhbər şəxsləri jurnalistləri təbrik edərək bildirdilər ki, mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyə təsir edən əsas qüvvələrdən biridir. Xüsusilə su ehtiyatlarının idarə olunması, ekoloji problemlər, dayanıqlı inkişaf kimi sahələrdə medianın rolu danılmazdır.

Bildirmək yerinə düşər ki, səmimi və xoş atmosferdə kerçən görüş bir çox məqamlarla yadda qaldı. Media təmsilçiləri olaraq, dedik, güldük, şənləndik. Eyni zamanda, Agentliyin rəhbər şəxsləri media nümayəndələrini təbrik edərək cəmiyyətin məlumatlandırılması istiqamətində göstərdikləri birgə səyə görə onlara təşəkkürlərini bildirdilər.





