BAYRAQDAR MEDİA – Bursanın Mustafakemalpaşa rayonuna bağlı Kocakoru kəndi həm tarixi, həm də mədəni zənginliyi ilə fərqlənir. Rayon mərkəzindən 37 km məsafədə yerləşən bu kənd Osmanlı imperiyasının qurucusu olan Karakeçili Kayı Yörüklərinin soyundan gəlir.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “kənd sakinləri yalnız Bursada deyil, Balıkesir, Eskişehir və Kütahya bölgələrində də yaşayan Karakeçili Yörükləri ilə qohumdurlar. Rayona bağlı Killik, Körekem, Ömeraltı, Çakallar, Şehriman, İncealipınarı, Doğanpınar, Korubaşı, Ağaçlı, Uğurlupınar, Eskikızılelma və Yaylaçayır kəndləri də bu aşirətə mənsubdur”.
Məlumatda deyilir ki, Bursada ümumilikdə 60-a yaxın məhəllədə Karakeçili Yörüklərinin yaşadığı bilinməkdədir və onların əksəriyyəti Mustafakemalpaşa rayonunda yerləşir.
Bu kəndlər Karakeçili Yörük mədəniyyətinin canlı daşıyıcıları kimi diqqət çəkir.





