BAYRAQDAR MEDİA – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya QMKİDK-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “fləşmobda işğaldan azad edilmiş Füzuli şəhərində məskunlaşan sakinlərin gündəlik şəraiti, həmçinin şəhərin gündüz və gecə görüntüləri təsvir edilib. Fləşmobda gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə şəhərdəki binaların fasadında Füzuli sözü yazılıb”.





