Press "Enter" to skip to content

Nazir vətəndaş qəbulu keçirəcək

Nazir vətəndaş qəbulu keçirəcək

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 25-də saat 09:00-da Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarının sakinləri Qəbələ DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin Nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar”.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Mission News Theme by Compete Themes.