Press "Enter" to skip to content

Xocalıya qayıdacaq insanların sayı

Görüş zamanı

BAYRAQDAR MEDİA – Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə – Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1433 nəfərdən ibarət 327 ailə köç edib.Bu ilin sonunadək Xocalıya daha 400 ailə də qayıdacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.

Xüsusi nümayəndə, forum iştirakçılarına – yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, Xocalı faciəsi qurbanlarının sayı barədə də məlumat verib.

Mission News Theme by Compete Themes.