BAYRAQDAR MEDİA – Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizlyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “bu dövrdə temperatur yüksək olur və bu da bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bunun səbəbi isə qida ilə düzgün davranmamaq, sanitar-gigiyenik qaydalara əməl etməməkdir. Zəhərlənmə riskini azaltmaq üçün hansı qaydalara riayət etməliyik? AQTA və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qida zəhərlənmələrinə dair videoçarx hazırlanıb”.





