İsmayıl Aydından təbrik mesajı
BAYRAQDAR MEDİA – Manisa Qəzetçi və Yazıçılar Cəmiyyətinin İdarə Heyətinin sədri İsmayıl Aydın 22 iyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə təbrik mesajı yayımlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Cəmiyyətdən məlumat verilib.
Məlumata görə İsmail Aydın mesajında Azərbaycan mətbuatının zəngin tarixinə diqqət çəkərək bildirib: “22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə qardaş ölkənin bütün mətbuat nümayəndələrini səmimi qəlbdən təbrik edirik”.
İsmail Aydın, Azərbaycan mətbuatının türk dünyasında mühüm yerə sahib olduğunu da vurğulayaraq, iki ölkənin mətbuat nümayəndələri arasında həmrəylik və əməkdaşlığın daha da artaraq davam etməsini arzulayıb.





