Press "Enter" to skip to content

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (Sxa) Sabunçu və Abşeron Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya xidmətlərindən faydalanan əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimlər zamanı valideynlərə uşaqlarının davranışlarını düzgün müşahidə etmək, qiymətləndirmək və effektiv müdaxilə planları hazırlamaq istiqamətində praktiki biliklər verilib, müzakirələr aparılıb və suallar cavablandırılıb”.

Daha sonrq xəbərdə, “müzakirələrdə uşaqların hüquqlarının pozulması halları, bu kimi halların qarşısının alınması və valideynlərin üzərinə düşən hüquqi və mənəvi öhdəliklərə diqqət çəkilib. Agentliyin mütəxəssisləri həmçinin uşaqların təhsil, sağlamlıq, müdafiə və ifadə azadlığı ilə bağlı hüquqları barədə məlumatlar veriblər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.