BAYRAQDAR MEDİA– İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Quzey Makedoniyaya işgüzar səfər edib.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Quzey Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycan nümayəndə heyətini qəbul edib: “Xanım Qordana Silyanovska-Davkova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndiyini vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Quzey Makedoniya ilə əməkdaşlığın sürətlə inkişaf etdiyini, iqtisadi-ticarət münasibətlərinin genişləndiyini bildirib. Qeyd edilib ki, tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var.Bu baxımdan, birgə layihə və təşəbbüslərin həyata keçirilməsimühüm əhəmiyyət kəsb edir. Görüşdə ölkəmizin iqtisadi potensialı haqqında məlumat verilib, əlaqələrin prioritet istiqamətləri və iqtisadi işbirliyinin inkişaf perspektivləri diqqətə çatdırılıb”.
Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Quzey Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə qarşılıqlı faydalı əməkdaşlığın, həmçinin ticarət,investisiya və digər sahələrdə işbirliyinin gücləndirilməsininönəmi qeyd olunub: “Ölkələrimiz arasında iqtisadi sahədə birgə fəaliyyət üçün böyük potensial olduğu bildirilib. Enerji, ticarət, investisiya tərəfdaşlığının perspektivləri və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Quzey MakedoniyanınBaş nazirinin birinci müavini, ətraf mühit və fiziki planlaşdırma naziri İzet Mexhiti ilə görüşdə Azərbaycanın əlverişli investisiya mühiti və iqtisadi potensialı haqqında məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqedə, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit “hab”a çevrildiyi qeyd edilib. Tərəflər əlaqələrin perspektivləri, birgə təşəbbüslər və potensial layihələr, ənənəvi və bərpa olunan enerji üzrə tərəfdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar”.
M.Cabbarov həmçinin Quzey Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi və Avropa işləri naziri Orhan Murtezani ilə də görüşüb.





