Press "Enter" to skip to content

Manisadan bayram təbriki

Şentürk Hoşgül

BAYRAQDAR MEDİA – “Bu il Azərbaycan milli mətbuatının 150 illiyi qeyd edilir. Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə qardaş Azərbaycanın bütün mətbuat nümayəndələrini təbrik edirəm”.

Bunu Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül deyib.

O, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən Bakıda nəşr olunan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuat tarixində bir ilk olması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Təbrik mesajında Azərbaycan milli mətbuatının bu 150 ildə mühüm inkişaf yolu keçdiyini qeyd edən Ş.Hoşgül, onun yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da irəliləyiş əldə etdiyini bildirib.

Mission News Theme by Compete Themes.