Press "Enter" to skip to content

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədədir

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədədir

BAYRADAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iyulun 22-də MN-in rəhbər heyəti İstanbulda keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.

Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb”.

Mission News Theme by Compete Themes.