BAYRAQDAR MEDİA – Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür”.





