Press "Enter" to skip to content

“Nar” Daşkəsən festivalında iştirak edib

Festival zamanı

BAYRAQDAR MEDİA – Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Nar”dan məlumat verilib.

Bildirilib ki, “Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəm festivala “Nar” gözoxşayan stendi ilə xüsusi rəng qatıb. Festivalda iştirak edən Daşkəsən sakinləri “Nar” stendində mobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış oldular vətədbirə özəl kampaniya ilə yeni “Nar” nömrələri əldə ediblər. Mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışının təşkil edildiyi “Nar” stendində qonaqlar üçün “Nar”dan xüsusi hədiyyələr də təqdim olunub”.

Qeyd edək ki, “Nar”ın festivalda iştirakının əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların təklif və istəklərini yerində öyrənməkdir.

Mission News Theme by Compete Themes.