Press "Enter" to skip to content

Ötən 6 ay da məhsuldar olub

Görüş zamanı

Milli Mətbuatın 150 illik yubileyi və ABADA-nın 6 aylıq fəaliyyəti ilə bağlı jurnalistlərlə görüş keçirilib

BAYRAQDAR MEDİA – “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) 30 ildən artıqdır müddətdir ki, fəaliyyət göstərir. Fəaliyyətinin əsas prioritet istiqamətlərini- beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərininin Azərbaycan Respublikasında yerinə yetirilməsi, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarının və mənafelərinin ölkə daxilində, eyni zamanda xarici ölkələrdə qorunması üçün onlara hər cürə köməklik göstərilməsi təşkil edir”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu 2025-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov deyib.

Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində üzvlərin sayı 10 faiz artıb və hazırda 174 hüquqi və fiziki şəxs üzvdür.

“Ulu öndər, ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, bu sahənin yenidən qurulması və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Bu strateji-siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin enerji və nəqliyyat-kommunikasiya layihələrinin gərçəkləşməsi istiqamətində fəaliyyətinin əsas xəttini təşkil edir. Bu dünyada gedən qlobal prosesləri nəzərə alan, cənab İlham Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində olduqca vacib olan transmilli yükdaşımaların inkişafı üçün, nəqliyyat dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verərək, “Şərq-Qərb”, “Şimal-Cənub”, TRACECA dəhlizlərini və Trans-Xəzər marşrutunun inkişafı ilə bağlı zəruri Fərmanlar imzaladı” – deyə baş katib qeyd edib.

Kənan Qurbanovun sözlərinə görə, Azərbaycan Respublikasında nəqliyyat sahəsində həyata keçirilən bu islahatlar nəqliyyatın bütün sahələrini, eyni zamanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması fəaliyyətini də əhatə edib, bu sahədə çalışan avtodaşıyıcılarımıza əlverişli şərait yaratmaqla, onların maddi rifah hallarının yüksəlməsinə səbəb olub.

Qeyd olunub ki, Assosiasiya “Beynəlxalq Yük Daşımaları Kitabçasının (Karnet-TIR) tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının şərtlərini səlahiyyətləri çərçivəsində ölkəmizin ərazisində yerinə yetirilməsini təmin etməklə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olaraq, avtodaşıyıcıları TIR kitabçası ilə təmin edir: “Eyni zamanda, Türkiyə və Avropa istiqamətində yerinə yetirilən tranzit daşımalara tətbiq edilən T1 təminat sisteminin üzvüdür”.

Baş katib ABADA vurğulayıb ki, son dövrdə Çin Xalq Respublikasından daşınan yüklərin həcmi artığı üçün BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların da sayı 30 faiz artıb.

Görüşdə ABADA-nın fəaliyyəti ilə bağlı digər vacib məqamlara da toxunulub, media təmsilçilərinin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.