Özdemir Tokel: Əziz qardaş Azərbaycanın milli mətbuat günü mübarək olsun
BAYRAQDAR MEDİA – Bu gün, iyulun 22-si Azərbaycan mətbuatında əlamətdar gündür. Azərbaycan milli mətbuatının 150 illik yubileyidir. Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə iyulun 21-də imzaladığı müvafiq sərəncama əsasən media nümayəndələri təltif edilmə təltif edilib.
Eyni zamanda, müxtəlif qurumlar və şəxslər Azərbaycanın media nümayəndələrini təbrik edirlər. Təbii ki, qardaş ölkələrədn də təbriklər səslənməkdədir.
Məsələn, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bayrak Radyo Televizyon Kurumu (BRTK) Yönetim Kurulu Başkanı Özdemir Tokel öz sosial şəbəkə hesabından təbrik mesajı yayımlayıb. “Əziz qardaş Azərbaycanın milli mətbuat günü mübarək olsun” başlıqlı təbrik mesajının özəlliyi isə Azərbaycan türkcəsində olmasıdır.
Beləliklə, mesajı təqdim edirik: “150 il əvvəl Azərbaycanda atılan ilk mətbuat addımı yalnız xalqın səsi olmaqla kifayətlənməmiş, eyni zamanda millətin yaddaşını formalaşdırmağa da başlamışdır.
Çünki bir toplumun yaddaşı çox zaman bir xəbərdə, bir qəzet manşetində və ya bir müxbirin sualında canlanar, əbədiləşər.
Məhz buna görə də mətbuat cəmiyyətlər üçün son dərəcə önəmli və tarixi bir missiyaya sahibdir.
Bu gün Azərbaycandakı qardaşlarımız Milli Mətbuat Günü münasibətilə həm söz haqqını, həm ifadə azadlığını, həm də ictimai yaddaşlarının canlılığını qeyd edirlər.
Bu münasibətlə qardaş Azərbaycanın qələm sahiblərini, sahədə əziyyət çəkən müxbirlərini, manşetlərin arxasındakı görünməz qəhrəmanları hörmətlə salamlayıram.
Zərdabinin başladığı bu şərəfli yol bu gün Şimali Kipr Türk Cümhuriyyətində də əks-səda verir.
Biz də bu qardaşlıqdan güc alaraq, eyni ürəyin səsi ilə danışan iki xalq olaraq öz sözümüzü dünyaya daha güclü şəkildə çatdırmaq üçün çalışırıq. Azərbaycan mətbuatının sabahına töhfə verən hər kəsə ürəkdən təşəkkür edir, Azərbaycan mediasının Kuzey Kıbrıs Türk Cümhuriyyəti xalqına göstərdiyi qardaşlığı salamlayır, media orqanları arasında ortaq dilin qurulmasına töhfə verən bütün media əməkdaşlarına dərin sevgilərimi çatdırıram”.





